Mənzillərin, Restoran-kafe, Ofis, Otel və s. obyektlərin yüksək keyfiyyətli təmiri.

Təmir vaxtaşırı evlərimizdə, mənzillərimizdə, ofislərdə, kafe-restoran və s. məkanlarda qarşılaşdığımız həll edilməsi lazım olan işlərdəndir. Hər bir insanın təmir işlərindən çox böyük gözləntiləri olur. Bu səbəbdən də təmir işləri çox yüksək səviyyədə edilməlidir.

Şirkətimiz təmir işini müxtəlif sahəli mənzillərdə, villa və evlərdə, ofis, kafe-restoran  və s. obyektlərdə yerinə yetirir. Biz sizə təmir sahəmizin bəziləri üçün məlumatı təqdim edirik:

Restoran təmiri.

Restoran biznesində fəaliyyət göstərən hər bir sahibkar restoran-kafenin keyfiyyətli zövqlə təmir edilməsinin nə qədər əhəmiyyətli olduğunu başa düşür. Günümüzdə restoran-kafedə hər hansi bir xidmətlə insanları təəccübləndirmək o qədər də asan deyil. Lakin maraqlı və ya sadəcə zərif bir interyerə uyğun olaraq təmir sayəsində ziyarətçilərinizi təəccübləndirə bilərsiniz, çünki komfort hər zaman dəyərləndirilir.

Yalnız keyfiyyətli təmir və keyfiyyətli xidmət ilkin təəssüratı formalaşdırır. Günümüzdə zövqlü interyer-eksteryer dizayna uyğun təmirə malik restoran-kafelər insanları bu məkana təkrar ziyarət etməyə cəlb edir. Elə bu səbəbdən də günümüzdə çox sayda art-kafe və xüsusi tematik hazır edilmiş məkanların sayı çoxdur. Qeyd etmək istərdik ki, klassik üslublu bir məkana da unikal və cazibədar şarm bəxş etmək mümkündür.

Ofis təmiri.

Əgər evlərin, villaların, mənzillərin təmiri şəxsi məqsəd və ev rahatlığı üçün vacib sayılırdısa, ofis təmiri isə iş məqsədləri üçün vacibdir.  Müasir həyatımızda ofis fəaliyyətimizin siması sayılır. Əksər hallarda ofisə yaxınlaşan müştərilər demək olar ki, buranı tərk etdiklərində əməkdaşlıq edib-etməmələri barədə qərar vemiş olurlar. Elə bu səbəbdən də ofisin təmiri haqda ciddi şəkildə fikirləşmək lazımdır. Biz sizə bu işdə keyfiyyətli təmir xidməti təklif edirik.  Bizim xidmətimizə müasir dizayn, optimal olaraq planlaşdırma, ofis sahəsinin ən uyğun şəkildə tərtibi və s. aiddir.

Şirkətimiz sizə həm kosmetik, həm kapital, həm də avro təmir xidmətlərini göstərir. Sizin hansı təmir növünü seçməyinizdən asılı olmayaraq biz sizə gördüyümüz işin keyfiyyətinə zəmanət veririk. Ofisin təmir işinə başlamadan öncə bizim mühəndis heyyəti sizə fəaliyyətimiz əsnasında tərtib edilmiş və müştərilər tərəfindən seçilmiş layihələri təqdim edəcək.  Təmirin planlaması çox önəmlidir. Sizə planlama tiplərini təqdim edirik:

  • Bağlı tip təmir. Bu təmir növü daha çox xərc tələb edə bilər. Bağlı tip təmir sayəsində ofisdə hər bir şöbənin özünə aid bağlı iş sahəsi olur.
  • Açıq tip təmir. Bu tip çox da xərc tələb etməyən təmir üçün optimal variant hesab edilir. Açıq tip təmirdə üstünlük stasionar və mobil arakəsmələrə verilir.
  • Qarışıq tip təmir. Qeyd etmək istərdik ki, adətən daha çox bu tip təmirə üstünlük verilir. Bu seçimlərdən asılı olmayaraq əsas məqsəd ofisin dəyərli sahələrini qeyd etməkdir. Seçim zamanı havalandırma sisteminin düzgün qurulması, ofisin işıqlandırılması, arakəsmələrin uyğun tərtib edilməsi və s. işlərini dəqiqliklə yerinə yetirmək lazımdır.

Mənzil təmiri. Mənzillərin təmiri çoxlu xərc, vaxt və səy tələb edən son dərəcə məsuliyyətli bir işdir. Ancaq bu özünüzə şık, rahat və müasir bir mənzilə yox demək üçün səbəb deyil. Şirkətimiz hər bir müştərinin özünəməxsus mükəmməl mənzilə sahib olması üçün peşəkarlıqla çalışır. Təmir zamanı  müştəriləri əlavə qayğıdan azad etmək üçün bütün təşkilati məsələləri özümüz yerinə yetiririk.

Sizə mənzil təmiri növlərini təqdim edirik:

  • Kapital
  • Kosmetik
  • Qismən
  • Kompleks

Təmir materiallarının topdansatışı ilə məşğul olan şirkətlərlə uğurlu əməkdaşlıq bu tikinti materiallarının daha ucuz alışına və sonda müştəri üçün daha ekonomik bir qiymətə başa gəlməsinə səbəb olur. Biz müştəriyə gözəllik və maliyyə xərcləri arasında ən optimal həll yolunu tərtib edib təqdim edirik.

0
TƏMİR LAYİHƏLƏRİMİZİN SAYI
0
İŞÇİLƏRİMİZİN SAYI
0 İL
BU SAHƏDƏ TƏCRÜBƏMİZ
0 %
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

LAYİHƏLƏRİMİZLƏ TANIŞ OLUN

ZƏNG EDİN

+994 12 432 11 11

+994 70 251 11 11

R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

SUALLARINIZI BİZƏ GÖNDƏRİN

ADINIZ *
TELEFON NÖMRƏNİZ

MESAJINIZ

PARTNYORLARIMIZ

Biz yalnız keyfiyyətli material və mebel istehsalçıları ilə çalışırıq. Bizim üçün ən önəmli faktor keyfiyyətli iş görmək və müştərilərimizi məmnun salmaqdır.