R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

“R-İnşaat” 1985-ci ildən inşaat sektorunda 35 illik təcrübəyə malik şəxs tərəfindən yaradılmışdır. Fəaliyyətində şəffaflıq, dəqiqlik və keyfiyyəti rəhbər tutan şirkətimiz yarandığı gündən bəri bir çox əhəmiyyətli layihələr həyata keçirtmişdir.

Komandamızın yüksək peşəkarlığa malik, memar və dizaynerləri, mühəndis və müvafiq usta və təchizatçıları prosesin gedişatı dövründə layihələrin tam peşəkarlıq ilə aparılmasında və güvənlə tamamlanıb təhvil verilməsində bütün gücləri ilə çalışırlar.

Biz ən tələbkar müştərilərlə işləməyə maraqlıyıq.
Şirkətimiz xidmətlərində daima inşaat sektorunda dünya səviyyəsində yeniliklərə və yeni məhsullara üstünlük verir. Şirkət olaraq bütün mütəxəssislərimiz dünya inşaat sektorunda olan yenilikləri, metodları, dekor və dizayn trendlərini izləyir, yaxından araşdırır və professional şəkildə reallaşdırır.

Şirkətimizin xidmət fəlsəfəsi hər bir müştərinin inşaat sektorunda aldanmadan, uyğun qiymət və keyfiyyət təklifinə çıxışını təmin etməkdir. Buna görə də komanda olaraq konkretlik və dəqiqlik əsas iş prinsipimizdir.

Şirkətimizin fəaliyyət dairəsinə təmir-tikinti, dizayn, layihələndirmə, smeta hesablamaları, landşaft dizaynı və hovuzların inşaası, mebellərin müştərinin istək və zövqünə uyğun hazırlanması, mənzil və binaların dekorla bəzədilməsi daxildir.

Fəaliyyət dövrümüzdə xidmətlərimizi müştəri məmnuniyyətini əsas tutaraq yüksək keyfiyyət əsasında, dövrünün standartlarına və trendlərinə cavab verərək həyata keçirmişik. Komandamız şəhərimizdə adı və görünüşü ilə şəhərimizə gözəllik qatan tanınmış tikililərə və fəaliyyəti ilə öndə olan şirkətlərin sifarişi əsasında ərsəyə gətirilmiş tikinti və təmir xidmətlərinə öz imzasını atmışdır.

Saytımızın “Layihələr” və “Qalereya” bölməsində ərsəyə gətirdiyimiz bu layihələrlə yaxından tanış ola bilərsiniz.

Missiyamız bu sektorda dürüstlük, dəqiqlik və keyfiyyət ilə fərqlənməkdir. Müştərilərimizin tələbkar və kaprizli olmağı bizim üçün inkişaf amilidir. Belə müştərilərlə işləməkdən çəkinmir, əksinə, onlarla işləməkdə maraqlıyıq.

Buna görə də 35 il ərzində xüsusi tələblər əsasında işlər görməkdə professional komanda formalaşdırmışıq. Komandamızda bu sektorun hər bir sahəsinin ən peşəkar mütəxəssisləri toplanmışdır.

Hədəfimiz keyfiyyət və qiymətdə şəffaf olmaqla, müştərinin arzusunu yerinə yetirməkdə fərqlənməkdir. İnsan əməli ilə, şirkət isə fəaliyyəti ilə özünü doğruldur. İşlərimizdə xüsusi fərqlilik nümayiş etdirməyimiz və bu günə qədər göstərdiyimiz 35 illik fəaliyyət, hədəfimizin bariz nümunəsidir.

Yerinə yetirdiyimiz layihələr şəhərimizdə tanınmış, nüfuzlu layihələr olaraq fərqliliyimizi önə çıxardır. Belə bir təcrübəyə sahib olmaq bizim üçün sevindirici haldır.

OFİSİMİZDƏ SİZİ GÖZLƏYİRİK

ÜNVANIMIZ: BAKI ŞƏHƏRİ, YASAMAL RAYONU, A.M.Şərifzadə 177

0
ÜMUMİ LAYİHƏLƏRİMİZİN SAYI
0
İŞÇİLƏRİMİZİN SAYI
0 İL
BU SAHƏDƏ TƏCRÜBƏMİZ
0 %
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

LAYİHƏLƏRİMİZLƏ TANIŞ OLUN

ZƏNG EDİN

+994 12 432 11 11

+994 70 251 11 11

R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

SUALLARINIZI BİZƏ GÖNDƏRİN

ADINIZ *
TELEFON NÖMRƏNİZ

MESAJINIZ

PARTNYORLARIMIZ

Biz yalnız keyfiyyətli material və mebel istehsalçıları ilə çalışırıq. Bizim üçün ən önəmli faktor keyfiyyətli iş görmək və müştərilərimizi məmnun salmaqdır.