Məkanınızın daxili gözəlliyini vurğulamaq üçün unikal həll yolları.

Məkanının daxili gözəlliyinin vurğulanması, tikilinin özül xarakterinə uyğun şəkildə, uyğun bir ahəngdə dizayn işlərinin tərtibi sahəsidir. İnteryer dizayn özündə arxitektur işi ilə art işlərinin praktik şəkildə tərtibini əks etdirir. Hər bir insan sahib olduğu məkanın füsunkar görünüşlü olmasının arzusundadır. Bunun üçün də sizə lazım olacaq xidmət İnteryer-dizayndır. İnteryer-dizayn xidməti sayəsində siz zövq və gözəlliyin vəhdətini özündə ahəngləşdirən bir məkana sahib olacaqsınız. Bütün detallara özəlliklə fikir verərək, rəng çalarlarının uyğunluğunu təmin edərək, sizə istifadəniz üçün rahatlığı təmin edəcək bir məkan bəxş edəcəyik. İnteryer dizayn işini məkanın sahəsindən, onun istifadə kateqoriyasından asılı olmayaraq istənilən yerə tərtib etmək olar. Bu dizayn xidmətinin köməkliyi ilə kiçik mənzilində studio, iş sahəsi kimi ayrıca zonaları zövqlə, praktik şəkildə tərtib etmək mümkündür. Məkanın kiçikliyini tavanın alçaq olması məsələlərini də düzgün interyer-dizayn işi ilə həll etmək olar. Düzgün rəng, mebel, art işlərinin vasitəsilə vizual genişlik effektinin tərtibi bu problemi aradan qaldıra bilər.

Hər bir insan özünəməxsus xasiyyətə, xüsusiyyətlərə malikdir. Elə bu səbəbdən də hər bir tərtib edəcəyimiz işdə öncəliyimiz müştərilərimizin istəklərini nəzərə alaraq onları bu işdə yaşam tərzlərinə, daxili aləmlərinə uyğun olaraq bir məkanla təmin etməkdir.

Biz sizə standartları qıraraq düzgün tərtib edilən bir dizayn işini təqdim edəcəyik. Şirkətimiz sizi kiçik büdcə ayırmaqla da düzgün zövqlə yaradılacaq bir məkana sahib olma ideologiyası ilə də təəccübləndirəcək. Sizə interyer dizaynın bəzi növləri barədə məlumatı təqdim edirik.

Avanqard – Avangard üslubu XX əsrin əvvəllərində incəsənətdən interyerə keçid etdi. Bu yenilikçi istiqamətdə ən müasir materiallardan, məişət cihazlarından, qeyri-adi mebellərdən istifadə edilir. Bu növ interyer dizaynda rəng palitrasından məharətlə istifadə edilir.

Klassik –  Bu üslub əslində zamanla qədim, hətta çox qədim zamanlarda sınaqdan keçmiş üslublar toplusudur. Antik, tarixi, milli üslubları da bu silsiləyə aid etmək olar. Klassik üslubda olan dizayn işlərində ümumi xüsusiyyətlər olaraq təbii tikinti materialları düzgün həndəsə, simmetriya, kompozisiya, bütün mebel və dekorun qarşılıqlı əlaqəsi, bir neçə işıq mənbəyi və s. qeyd etmək olar.

Modern – Bu üslub XIX əsrin sonlarında formalaşmağa başladı. Ancaq bu gün modern üslubun təqdim etdiyi əzəmətli lüks dizayn seçimini uyğun görənlərin sayı çoxdur. Modern üslubda çoxlu sayda möhkəm və qiymətli taxta növündən, əyri xətt boyunca tərtib edilmiş pilləkənlərdən, yuvarlaq aralıqlardan, müxtəlif naxışlı ornamentlərdən, sənət əsərlərindən və s. istifadə olunur.

0
İNTERYER LAYİHƏLƏRİMİZİN SAYI
0
İŞÇİLƏRİMİZİN SAYI
0 İL
BU SAHƏDƏ TƏCRÜBƏMİZ
0 %
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

LAYİHƏLƏRİMİZLƏ TANIŞ OLUN

ZƏNG EDİN

+994 12 432 11 11

+994 70 251 11 11

R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

SUALLARINIZI BİZƏ GÖNDƏRİN

ADINIZ *
TELEFON NÖMRƏNİZ

MESAJINIZ

PARTNYORLARIMIZ

Biz yalnız keyfiyyətli material və mebel istehsalçıları ilə çalışırıq. Bizim üçün ən önəmli faktor keyfiyyətli iş görmək və müştərilərimizi məmnun salmaqdır.