Landşaft dizayn – Ərazinin abadlaşdırılması üçün təbiət komponentlərindən istifadə olunaraq tətbiq olunan xüsusi tədbirlər və həll yolları toplusudur. Məkanınızın həyətyanı, bağ, bağça hissəsində çatışmamazlığı aradan qaldırıb, özünə uyğun şəkildə dizayn edilib, rahat, dincələ biləcəyiniz, zövqlü bir landşaft tərtib edilməsi üçün dizayn növüdür.

Landşaftın düzgün seçimi təkcə tərtib ediləcək xarici görkəmin gözəlliyi ilə deyil, eyni zamanda burada əhatə olunan bitkilərə də rahat şəkildə qulluq edilməsi hallarının nəzərə alınmasıdır. Müasir landşaft dizayn işləri sizin fantaziyalarınız qarşısında heç bir məhdudiyyət qoymur.

Evinizin, məkanınızın ətraf aləmini dizayn etməklə siz ilk növbədə bir bağ sahəsi yaradırsınız. Bu sahə meyvə ağaclarından, giləmeyvə kollarından və ya sizin könlünüzü rahatlaşdırmağa xidmət edən dekorativ bitkilər toplusundan da təşkil oluna bilər. İdeal Landşaft dizayn işi, evin interyer dizaynı ilə bir vəhdət təşkil etməsidir.

Landşaft dizaynın planlaşdırma mərhələsində bütün ailə üzvlərinin ehtiyaclarını nəzərə alaraq lazımi quruluş və zonaları təmin etmək lazımdır.

Ətrafı iş və istirahət üçün əlverişli hala gətirərək buraya böyük estetik ifadə bəxş etməyi landşaft dizaynının əsas vəzifəsi hesab etmək olar.

Landşaft dizaynın köməkliyi ilə çox böyük bağ sahələrində yeni cığırlar çəkmək, dekorativ divar əlavə etmək, oyun sahəsi qurmaq, istirahət yerini təşkil etmək və s. vasitələrlə dəyişiklik etmək mümkündür.

Siz hətta çox kiçik bağ sahələrinizə bir rahatlıq bəxş edə bilərsiniz. Burada sizə rahat olan bir sahədə kiçik skamya və ya gazebo tərtib etmək burada heç bir maneə yaratmayacaq. Əksinə, daha da uğurlu bir sahə əldə etmiş olacaqsınız.

Əgər siz bu işi peşəkarlara həvalə etmək istəyirsinizsə, o zaman bizim təklif etdiyimiz Landşaft Dizayn xidmətindən yararlana bilərsiniz. Biz sizə təbiətə bir incəlik bəxş edəcək bir dizayn təqdim edəcəyik.

0
LANDŞAFT LAYİHƏLƏRİMİZİN SAYI
0
İŞÇİLƏRİMİZİN SAYI
0 İL
BU SAHƏDƏ TƏCRÜBƏMİZ
0 %
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

LAYİHƏLƏRİMİZLƏ TANIŞ OLUN

ZƏNG EDİN

+994 12 432 11 11

+994 70 251 11 11

R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

SUALLARINIZI BİZƏ GÖNDƏRİN

ADINIZ *
TELEFON NÖMRƏNİZ

MESAJINIZ

PARTNYORLARIMIZ

Biz yalnız keyfiyyətli material və mebel istehsalçıları ilə çalışırıq. Bizim üçün ən önəmli faktor keyfiyyətli iş görmək və müştərilərimizi məmnun salmaqdır.