Hər bir görüləcək təmir, tikinti, dizayn və s. bu kimi işlərin edilməsi ilk olaraq Layihələndirmə işindən başlamalıdır. Bu işdə düzgün tərtib ediləcək layihələndirmə işlərini etmək çox vacibdir.

Görüləcək işlərin həcmindən asılı olmayaraq burada çalışan əməkdaşlar bir plana uyğun olaraq addımlar atmalıdırlar.

Özündə qrafik, mətn xarakterli məlumatları birləşdirən, burada işin mərhələli şəkildə yerinə yetirilməsi barədə geniş informasiya qeyd edilən bir sənəd olmasa təbii ki, işi qarşılıqlı əlaqə şəklində yerinə yetirmək mümkün olmaz.

Layihələndirmənin əsas hissəsi məqsədyönlü şəkildə mühəndis tərəfindən icra olunur. Cizgilərdə bütün məlumatların, ölçülərin detallı şəkildə qeyd edilməsi öncəlik daşıyır.

Layihələndirmənin aşağıda qeyd edilən növləri vardır.

  • Cizgi – Bu hər hansı bir obyektin eskiz şəklində görüntüsüdür. Yaradıcı və analitik yanaşmalar istiqamətində layihəni nəinki təqdim etmək, həm də həyata keçiriləcək bu layihəni görməyi bacarmaq vacibdir. Sxemlə yanaşı bu paketə diaqramlar və cədvəllər də daxildir.
  • Qrafika – Tikiləcək hər hansı bina və obyektin kiçildilmiş şəkildə görüntüsüdür.
  • Maketləmə – Bu üsul işə başlamazdan əvvəl mümkün problemləri hesablamağa imkan verir.

Hər bir yeni tikilən tikili təkcə rahatlığı ilə deyil eyni zamanda texniki təhlükəsizliyi ilə də fərqlənməyi bacarmalıdır. Mükəmməl hazırlanmış bir layihələndirmə ilə, iş zamanı gözlənilməz halların qarşısı alınacaqdır.

Layihələndirmə zamanı hər hansı bir səhv ciddi fəsadlara yol aça bilər. Bu səbəbdən də layihələndirmə işində yalnız mütəxəssislərə müraciət etməlisiniz. Layihələndirmə işində komandamızda peşəkar texniki, mühəndis, arxitektor işçilərimiz xidmət göstərir. Biz çox sayda işçi heyyətini işə cəlb etmə sayəsində qısa zaman ərzində sifarişləri yerinə yetiririk.

“R-İnşaat” komandası olaraq sizə mürəkkəbliyindən asılı olmayaraq istənilən tikili üçün qüsursuz layihələndirmə sifarişini yerinə yetiririk.

0
LAYİHƏLƏRİMİZİN SAYI
0
İŞÇİLƏRİMİZİN SAYI
0 İL
BU SAHƏDƏ TƏCRÜBƏMİZ
0 %
MÜŞTƏRİ MƏMNUNİYYƏTİ

LAYİHƏLƏRİMİZLƏ TANIŞ OLUN

ZƏNG EDİN

+994 12 432 11 11

+994 70 251 11 11

R-İNŞAAT

TİKİNTİ, TƏMİR VƏ DİZAYN ŞİRKƏTİ

SUALLARINIZI BİZƏ GÖNDƏRİN

ADINIZ *
TELEFON NÖMRƏNİZ

MESAJINIZ

PARTNYORLARIMIZ

Biz yalnız keyfiyyətli material və mebel istehsalçıları ilə çalışırıq. Bizim üçün ən önəmli faktor keyfiyyətli iş görmək və müştərilərimizi məmnun salmaqdır.