R İNŞAAT

  "R-İNŞAAT" 

“R-İnşaat” 1985-ci ildən inşaat sektorunda 35 illik təcrübəyə malik şəxs tərəfindən yaradılmışdır.
Fəaliyyətində şəffaflıq, dəqiqlik və keyfiyyəti rəhbər tutan şirkətimiz yarandığı gündən bəri bir çox əhəmiyyətli layihələr həyata keçirtmişdir.

Komandamızın yüksək peşəkarlığa malik, memar və dizaynerləri, mühəndis və müvafiq usta və təchizatçıları prosesin gedişatı dövründə layihələrin tam peşəkarlıq ilə aparılmasında və güvənlə tamamlanıb təhvil verilməsində bütün gücləri ilə çalışırlar.

Biz ən tələbkar müştərilərlə işləməyə maraqlıyıq.
Şirkətimiz xidmətlərində daima inşaat sektorunda dünya səviyyəsində yeniliklərə və yeni məhsullara
üstünlük verir. Şirkət olaraq bütün mütəxəssislərimiz dünya inşaat sektorunda olan yenilikləri, metodları,
dekor və dizayn trendlərini izləyir, yaxından araşdırır və professional şəkildə reallaşdırır.
Şirkətimizin xidmət fəlsəfəsi hər bir müştərinin inşaat sektorunda aldanmadan, uyğun qiymət və keyfiyyət
təklifinə çıxışını təmin etməkdir. Buna görə də komanda olaraq konkretlik və dəqiqlik əsas iş prinsipimizdir.

SİZİ OFİSİMİZƏ DƏVƏT EDİRİK

NİYƏ  "R-İNŞAAT" -I SEÇMƏLİSİNİZ

Müştəri yönümlü xidmət – Hər bir
müştəriyə fərdi yanaşaraq, sifarişçi üçün
iş prosesinin şəffaflığını və
məlumatlarının məxfi saxlanmasını təmin
edirik.

Peşəkar əməkdaşlıq – İşlərin uğurlu
şəkildə yerinə yetirilməsi üçün peşəkar
işçi heyyəti və podratçı şirkətlərlə
əməkdaşlıq edirik.

Uğura yönümlülük – Hər zaman yeni
texnologiyalara, standartlara, yeniliklərə
əsaslanaraq öz iş prinsipimizi uğurla
genişləndirməyi bacarırıq.

Dünya standartları – Dünya standartlarına
cavab verəcək bir şəkildə xidmət
göstəririk. Fəaliyyətimiz əsnasında bütün
normativlərə əməl edirik. ​

Sərfəli qiymət – Hər bir müştərimizin
maddi imkanlarını nəzərə alaraq onlara
sərfəli qiymət və ödəniş şərtləri ilə
xidmətlərimizi təklif edirik.

Mükəmməl nəticə – “Mükəmməl iş
yoxdur” deyənlərə gördüyümüz işlərlə
mükəmməllik təqdim edirik. Müştəri
tələbləri, istəkləri bizim üçün inkişafa
bələdçidir.